Xəbər lenti

Fransa prezidenti də Belarus etirazçılarına dəstək verdi
Dünya07:32 17.08.2020

Fransa prezidenti də Belarus etirazçılarına dəstək verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Birliyi öz hüquqlarını, azadlıqlarını və suverenliyini qorumaq üçün dinc yolla mübarizə aparan yüz minlərlə belaruslu ilə birlikdə səfərbər olmağa davam etməlidir.
Qaynarinfo xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron öz Tvitterində qeyd edib və Belarus etirazçılarına dəstək verdiyini açıqlayıb.
Bundan əvvəl nümayişçilərə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell dəstək verib. Avropada hesab edilir ki, Belarusda seçki proseduru beynəlxalq demokratiya və qanunun aliliyinə cavab verməyib.
Qeyd edək ki, artıq bir həftədir Belarusda Aleksandr Lukaşenko prezident seçkisində 80.1% səs toplaması bəyan olunandan sonra təhlükəsizlik işçiləri ilə toqquşmalarla müşayiət olunan kütləvi etiraz aksiyaları davam edir.
Alpər