Xəbər lenti

Fransa prezidenti sevgilisinə görə həyat yoldaşından boşanır
Dünya07:07 21.01.2014

Fransa prezidenti sevgilisinə görə həyat yoldaşından boşanır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Aktrisa Culi Qayet ilə gizli eşq yaşadığı ortaya çıxan Fransa prezidenti Fransua Ollandın həyat yoldaşı Valerie Trierveiler ilə olan münasibəti sona çatıb.

Ans press-in məlumatına görə, "Daily Mail" qəzetində yer alan xəbərdə Olland və Trierveilerin danışmaq üçün həftəsonu görüş keçirəcəkləri bildirilir.

Görüşdən sonra Fransa prezidentliyinə aid Versey sarayındakı bir iqamətgahda qalan Trierveilerdən dövlətə aid bütün mənzillərdəki əşyalarını toplaması istənəcək. Tərəflər də münasibətlərinin bitdiyini göstərirlər.

Onu da qeyd edək ki, Olland gizli eşq münasibətinin ortaya çıxmasından sonra dünən Hollandiyaya etdiyi ilk xarici səfərinə də tək gedib.

Qaynar.info