Xəbər lenti

Fransa Rusiyanın 6 diplomatını "persona non-qrata" elan etdi
Siyasət19:38 11.04.2022

Fransa Rusiyanın 6 diplomatını "persona non-qrata" elan etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransa Rusiyanın ölkədəki 6 diplomatını "persona non-qrata" elan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
"Uzun sürən araşdırma nəticəsində Daxili Təhlükəsizlik üzrə Baş İdarə aprelin 10-da, bazar günü Rusiya kəşfiyyat xidmətlərinin ərazimizdə həyata keçirdiyi gizli əməliyyatı üzə çıxarıb.
Diplomatik pərdə altında fəaliyyət göstərən və fəaliyyətləri milli maraqlarımıza zidd olan altı Rusiya agenti persona non-qrata elan edilib", - deyə açıqlamada bildirilir.