“Yay fəsli ilə əlaqədar Fransa Səfirliyinin Konsulluq Şöbəsinə ünvanlanan viza müraciətləri əhəmiyyətli sayda artmışdır və bununla bağlı Azərbaycan vətəndaşları viza müraciətlərini səfər tarixindən zəruri müddət öncə təqdim etməyə dəvət olunurlar”.
Səfirliyin mətbuat xidmətinin yaydığı xəbərdə deyilir ki, viza müraciətinin təqdim edilməsi üçün TLS agentliyi tərəfindən müəyyən edilən görüş üçün gözləmə vaxtı 10 iş günüdür : “Təqdim olunmuş viza müraciətimin Konsulluq tərəfindən baxılması üçün isə 3 iş günü zəruridir. Konsulluğun işçi heyəti, peşəkar yaxud istirahət səfəri planlaşdıran Azərbaycan vətəndaşlarına, səfərin hazırlanması zamanı, bu məlumatda qeyd olunan müddətləri nəzərə almağı tövsiyyə edir”.
Qaynar.info