Fransa 2014-cü ildə Rusiya tərəfindən ələ keçirilən Krım daxil, Ukraynanın ərazi bütövlüyünü təmin edən qələbə arzulayır.
Qaynarinfo "Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Fransanın diplomatik mənbələri məlumat yayıb.
Mənbə vurğulayıb ki, qələbənin necə olacağını Ukrayna prezidenti Volodimir Zelenski müəyyən etməlidir.
Qeyd edək ki, Kiyevə səfəri öncəsi Fransa prezidenti Makronun Rusiya ilə bağlı ritorikasını sərtləşdirib və o, Ukraynaya kömək etmək, Kremli dayandırmaq üçün konkret addımlar atacağını bəyan edib.
Nurlan Hüseynov