Son illərdə Paris və Berlin Avropa Birliyinə de-fakto oliqarxiya prinsipləri ilə rəhbərlik edirlər.
Qaynarinfo "Le Monde”a istinadən xəbər verir ki, bunu Polşanın baş naziri Mateuş Moravetski
deyib.
"Kağız üzərində bütün üzv dövlətlər (Avropa İttifaqı - red.) bərabərdir. Amma siyasi reallıq onu göstərir ki, alman və fransız səslərinin çəkisi üstünlük təşkil edir. Biz formal demokratiya, lakin faktiki olaraq gücün güclülərin əlində olan oliqarxiya ilə üzləşirik”, - Polşanın baş naziri bildirib.
Polşa hökumətinin başçısı onu da qeyd edib ki, Paris və Berlin uzun müddətdir ki, vahid Avropaya Rusiya ekspansionizmi barədə xəbərdarlıq edən Polşa kimi ölkələrin səsinə məhəl qoymur, lakin aparıcı ölkələrin bir çox liderləri Putinə valeh olub. Moravetskinin sözlərinə görə, onlar indi baş verənlərdən şoka düşüblər.
Polşa baş nazirinin sözlərinə görə, Aİ vaxtilə Varşavanın Rusiyanın planları ilə bağlı xəbərdarlıqlarına məhəl qoymayıb ki, bu da Avropa İttifaqında böyük problem olduğunu göstərir.
"Avropa özünü indiki vəziyyətində tapdı, çünki bir vaxtlar həqiqəti eşitməkdən imtina etdi və 19-20-ci əsrlərin şeytanlarının – millətçilik, müstəmləkəçilik və totalitarizminin Rusiya Federasiyasında yenidən doğulduğunun fərqində olmaq istəmədi”, - Moravetski yekunlaşdırıb.
Nizami Bağırov