Fransa Avropa ölkələrindən Ukraynaya dəstəyi artırmağa çalışır və bununla da Moskvaya "güclü siqnal” göndərmək istəyir.
Qaynarinfo
xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Stefan Sejournet "La Tribune du dimanche” nəşrinə müsahibəsində deyib.
Sejournet-ə görə, indi Rusiya Federasiyası "Avropa ölkələrinin xarici siyasətinin necə olması lazım olduğunu müəyyən etməyə” və öz baxışını tətbiq etməyə çalışır. Bununla belə, biz onunla eyni dildə - güc balansının dilində danışmalıyıq”, - deyə nazir əlavə edib. Onun fikrincə, "Rusiyaya müqavimət göstərmək fransızları və dünyanı qorumaq deməkdir”. "Rusiya Federasiyası bizə qarşı getdikcə daha aqressivləşir” deyən Sejournet Kiyevə uzunmüddətli dəstəkdən narahat olduğunu qeyd edib.
O, Ukrayna ilə təhlükəsizlik zəmanəti ilə bağlı əvvəllər imzalanmış sazişləri xatırladıb. Onları yeddi ölkə, o cümlədən Fransa imzalayıb və daha 25-i sənədlər üzərində işləyir.
Sejournet həmçinin Paris və Berlin arasında Ukrayna məsələsində fikir ayrılıqlarının olması ilə bağlı son günlər mətbuatda yayılan xəbərlərə də münasibət bildirib. Nazirin sözlərinə görə, Fransa və Almaniya arasında "Ukraynaya dəstək məsələlərində 80% konsensus” və "hər kəsin düşündüyündən daha çox birlik var”.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Ukraynaya hərbçi göndəriləcəyini istisna etməyib. Lakin ABŞ və Almaniya, eləcə də NATO-nun baş katibi cavab verib ki, bu məsələ gündəmdə deyil. Eyni zamanda bu ideya Baltikyanı ölkələr tərəfindən də dəstəklənib. Bildirilib ki, Paris qoşun göndərməyə hazır olan ölkələrin ittifaqı yaradır.
Alpər