Xəbər lenti

Fransada çexiyalı turistlərin olduğu avtobus atəşə tutulub
Dünya12:15 05.06.2016

Fransada çexiyalı turistlərin olduğu avtobus atəşə tutulub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çexiya Xarici İşlər Nazirliyi iyunun 4-də Fransanın cənub-şərqində, Montelimar şəhəri yaxınlığında  çexiyalı turistlərin olduğu avtobusun naməlum şəxslər tərəfindən atəşə tutulduğu barədə məlumat yayıb.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə saat 22:30 (Bakı vaxtı ilə saat 00:30) radələrində baş verib.
Güllərdən ikisi avtobusun ön pəncərəsinə tuş gəlib.  Şüşə qırıqları avtobusda olan 70 turistdən 6-nın yüngül yaralanmasına səbəb olub.
Fransa polisi araşdırmaya başlayıb. Polis avtobusun dələduzlar tərəfindən atəşə tutulduğunu ehtimal edir.  
Qaynarinfo.az