Xəbər lenti

Fransada kilsəyə basqın edilib - Ölənlər var
Dünya10:16 26.07.2016

Fransada kilsəyə basqın edilib - Ölənlər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bıçaqla silahlanmış iki nəfər Fransanın Sent-Etyen əyalətinin Dü-Ruvre şəhərində kilsəyə hücum edərək insanları girov götürüb, bir nəfəri isə qətlə yetiriblər. 

"Qaynarinfo.Az" Fransa mətbuatına istinadən xəbər verir ki, cinayətkarlar kilsəyə arxa qapıdan giriblər. 

Şahidlərin ifadələrinə görə, qatillərdən birinin uzun saqqalı, başında isə "müsəlman papağı" olub. Fransa polisi hadisədədən bir qədər sonra hər iki qatili yaxalayıblar, onlardan biri öldürülüb. 

Hadisə yerinə Fransa prezidenti Fransua Olland və DİN başçısı Bernar Kaznev gəlib. 

Qeyd edək ki, iyulun 14-dən Fransada fövqəladə rejim tətbiq olunub. 

Qızılgül

Qaynarinfo.Az