Bu gün avtobusda saxlanılan 50 rus futbol azarkeşi 24 saat müddətində həbs edilib.
Axar.az xəbər verir ki, bu sözləri Marsel şəhərinin prokuroru deyib.
Qeyd edək ki, rusları Lille şəhərinə daşıyan avtobus Kannda saxlanılmışdı.
Buna səbəb isə, ruslarla ingilis azarkeşlər arasında baş verən dava olub.
Xatırladaq ki, İngiltərə-Rusiya arasında baş tutan matç 1:1 hesabı ilə yekunlaşıb.
Qaynarinfo.az