Xəbər lenti

Fransanın 67 yaşlı sabiq prezidenti ilk dəfə evləndi - 4 övladı var
Dünya08:44 08.06.2022

Fransanın 67 yaşlı sabiq prezidenti ilk dəfə evləndi - 4 övladı var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransanın sabiq prezidenti Fransua Olland evlənib.
Qaynarinfo France Info” radiostansiyasına istinadən xəbər verir ki, keçmiş dövlət başçısı Juli Qaye ilə ailə həyatı qurub.
Mərasim Fransua Ollandın uzun müddət mer olduğu Tül şəhərində baş tutub. Nikah mərasimini sabiq prezidentin mer postundakı xələfi Bernar Komb aparıb.
Qeyd edək ki, 67 yaşlı Fransua Olland ilk dəfə rəsmi nikaha daxil olub. Eks-prezidentin keçmiş sevgilisi, jurnalist Valeri Trierveyler ilə 8 illik münasibəti məhz Juli Qayeyə görə pozulub.
Fransua Olland əvvəllər Fransa Sosialist Partiyasındakı həmkarı Seqolen Royalla qeyri-rəsmi nikahda yaşayıb. Onların dörd övladı var.
Qeyd edək ki, Fransua Olland 2012-2017-ci illərdə prezident olub.