Xəbər lenti

Fransanın istirahət bölgələrində dəhşətli meşə yanğınları
Dünya06:10 26.07.2017

Fransanın istirahət bölgələrində dəhşətli meşə yanğınları

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransada 4 min hektarı əhatə edən meşə yanğınlarının qarşısını almaq günbəgün çətinləşir.

"Qaynarinfo" "Guardian"a istinadən xəbər verir ki, məşhur istirahət bölgələri olan Korsika adası və Kot de Azur ərazilərində davam edən yanğınları söndürmək üçün Fransa höküməti Avropa İttifaqına müraciət edib. Yanğını söndürmək üçün 4 min yanğınsöndürən və çox sayda helikopter prosesə cəlb edilib, texnikanın daha da artırılacağı gözlənilir.

Mülki əhalidən zərərgörən olmasa da, 7 yanğınsöndürən yaralanıb, 15 polis işçisi isə dumandan zəhərlənib. Nis şəhəri yaxınlığın bir neçə ev və nəqliyyat vasitəsi yanıb. 200 nəfər insan evakuasiya edilib. Fransa rəsmiləri bildirir ki, bazar ertəsi başlayan yanğını söndürmək hələlik mümkünsüz görünür və əlavə dəstəyə ehtiyac var.

Qeyd edək ki, bu ilin quraq və isti yayı Avropa, Amerikanın bir çox ərazilərində meşə yanğınlarına səbəb olub. Qısa müddət bundan əvvəl Portuqaliyadakı dəhşətli meşə yanğını çox sayda insanın ölümünə səbəb olmuşdu.

Gülşən

Qaynarinfo.Az