Xəbər lenti

Fransanın şimalında narıncı təhlükə səviyyəsi elan edilib
Dünya09:30 05.06.2016

Fransanın şimalında narıncı təhlükə səviyyəsi elan edilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransa meteoroloqları Fransanın şimalında  11 regionunda leysan yağış və burulğan ilə müşahidə olunan əlverişsiz hava şəraiti ilə bağlı “narıncı” təhlükə səviyyəsi elan edib.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə,
Səhər regionlardan birində “qırmızı”, yəni ən yüksək təhlükə səviyyəsi elan olunsa da, sonra bu, “narıncı” ilə əvəzlənib. Aramsız yağışlardan sonra Fransanın bir neçə rayonunda böyük masştablı subasma olub. Parisdən keçən Sena çayında su səviyyəsi son 34 ildə rekord həddə çatıb, 6 metri keçib. Təhlükəsizliklə bağlı Sena çayında gəmilərin hərəkəti dayandırılıb.
Fransa Daxili İşlər Nazirliyi indiyə qədər subasma nəticəsində 4 nəfərin öldüyünü açıqlayıb. Təhlükəli rayonlardan əhali evakuasiya edilir. 20 minə qədər evin elektrik enerjisi il təchizatı dayandırılıb. 
Qaynarinfo.az