Fransanın yeni xarici işlər naziri Stefan Sejurne oxumaq və yazma bacarıqlarının pozulması ilə əlaqəli disleksiyadan əziyyət çəkdiyini etiraf edib.
Qaynarinfo xəbər verir ki, nazir bu barədə "Le Parisien" nəşrinə müsahibəsində danışıb.
O, fransız dilinin yazı və tələffüzündə səhvlərə görə özünə ünvanlanan tənqidlərə belə cavab verib.
"Gənc olanda mənə ağır disleksiya diaqnozu qoyuldu. 15 il əvvəl mən sizinlə indi apardığım müzakirəni apara bilməzdim", deyə Sejurne bildirib.
O, şifahi nitq qüsurlarından xilas olmaq üçün uzun bir proqramdan keçdiyini vurğulayıb:
"Milyonlarla insanda disleksiya var. Mən onlara bir mesaj göndərmək istəyirəm: aşılmaz görünə bilər, amma inanın ki, hər şey mümkündür. Ümidsiz olmayın".
Aydın