İdman 11:09 15.12.2022

Fransız fanatlar 14 yaşlı yeniyetməni öldürdülər

Dünən DÇ-2022-nin yarımfinalı çərçivəsində baş tutan Fransa - Mərakeş oyunundan (2:0) sonra komandaların fanatları arasında kütləvi dava düşüb.

Qaynarinfo xəbər verir ki, Monpelyedəki qarşıdurma zamanı 14 yaşlı yeniyetmə həyatını itirib.

Xəbərə görə, içərisində fransız azarkeşlər olan avtomobilə Mərakeş əsilli bir neçə tərəfdar yaxınlaşaraq pəncərədən çıxarılmış bayrağı ələ keçirmək istəyiblər. Bu zaman avtomobili yerindən sürətlə tərpədən sürücü yeniyetməni vurub və nəticədə ciddi xəsarətlər alan oğlan klinikalardan birində ölüb.