Xəbər lenti

Fransız səfiri Rusiya XİN-ə çağırılıb
Dünya16:00 15.06.2016

Fransız səfiri Rusiya XİN-ə çağırılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransanın Rusiyadakı səfiri Jan-Moris Riper Marseldə rusiyalı futbol azarkeşlərinin saxlanılması ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi XİN-ə istinadən məlumat yayıb.
Xarici İşlər Nazirliyinin məlumatına vurğulanır ki, Avro-2016-da Rusiya yığması ətrafında mənfi əhval-ruhiyyənin gərginləşməsi Rusiya-Fransa münasibətlərinə pis təsir edə bilər.
Qeyd edək ki, iyunun 14-də Kann yaxınlığında fransız xüsusi təyinatlı dəstəsi Slovakiya ilə oyunu izləmək üçün Marseldən Lillə gedən ruiyalı azarkeşlərin olduğu olduğu avtobusu saxlayıb. Fransa tərəfinin yaydığı məlumata görə, avtobusda 43 nəfər olub.  
Qaynarinfo.az