Bu ilin sentyabrında Əlcəzairdə fransız turist Erve Qurdelin başını kəsməklə edam eləməkdə günahkar olan terrorçulardan biri antiterror əməliyyatı zamanı öldürülüb. Musavat.com xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri açıqlama verib. Lakin öldürülən ekstremistin adı açıqlanmır.
Yada salaq ki, 55 yaşlı fransız Əlcəzairdə girov götürülmüşdü. Turisti yerli silahlı birləşmə olan və İŞİD-lə sıx əlaqələrə malik “Cund əl Xilafa” tərəfindən oğurlanmışdı.
Qaynar.info