6 may 1856 – 23 sentyabr 1939-cu il tarixləri arasında yaşamış psixoanaliz elminin banisi avstriyalı nevroloqist Ziqmund Freyd.
Freyd ən çox özünün təhtəlşüur fikir və psixoloji repressiya mexanizmi nəzəriyyələri ilə, həmçinin fikrin tədqiqi üçün psixoanalizin klinik metodunun və pasient və psixoanalist arasındakı dialoqa əsaslanaraq psixopatologiyanın müalicəsinin yaradıcısı kimi tanınır. Freydin insan psixologiyasından inciləri sizə təqdim edirik:
Adını unutduğunuz adam haqqında şübhəsiz mənfi bir düşüncəniz vardır.
Azadlıq mədəniyyətin insana bir hədiyyəsi deyil. Heç mədəniyyət yox ikən insanoğlu çox daha azad idi.
Bədbəxtliyi dadmadan, həmişə xoşbəxt olmaq istəyərsən. Halbuki nələrin səni bədbəxt etdiyini bilmədən, nələrlə xoşbəxt olacağını bilə bilməzsən.
Düşünə bilən hər kəsin insan olması, insan olan hər kəsin düşünə bildiyi mənasını vermir.
Qəribə deyil? Xatirələr xoşbəxtlik vericidir, amma bəzən xatırlamaq...intihar səbəbin belə ola bilər.
Məlumat xəzinələrinə çata bilən insanların sayı nə qədər artsa, dini inanclardan qopma da o qədər yayılar.
İnsanlar bir-birini təsadüfən tapmırlar. Qarşılaşdığımız insanlar artıq bizim şüuraltı təfəkkürümüzdə mövcud olan insanlardır.
Təəssüf ki, boğduğumuz hisslər ölmür. Həmin hisslər insanın içində böyüyərək ona zərər verməyə başlayır.
Hər bir insanın başqalarından gizlətdiyi arzular mövcuddur. Hətta özünə etiraf etməyə qorxduğu arzular da var.
Nərmin Həsənli