Xəbər lenti

FSB Ukrayna SBU-nun Donetsk separatçısını tutmasına imkan vermədi
Dünya08:41 20.08.2020

FSB Ukrayna SBU-nun Donetsk separatçısını tutmasına imkan vermədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Donbass separatçılarının rəhbərlərindən birini tutmasının qarşısını alıb.
Qaynarinfo xəbər verir ki, bu barədə RİA Novosti bu gün Rusiya xüsusi xidmət orqanlarına istinadən məlumat yayıb.
FSB-nin iddiasına görə, separatçı liderlərdən birinin "oğurlanması”nı guya qondarma Donetsk Xalq Respublikasının (DPR) rəhbəri Aleksandr Zaxarçenkonun qətlində iştirak etməkdə ittiham olunan Baidal adlı Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşı hazırlayıb.
Rusiya xüsusi xidmət orqanlarının məlumatına görə, guya Baydal Rusiyadan olan bir qrup qulduru 200 min dollara kirayələyib. Onlar "qurbanı" maşına mindirib ona elektroşok versə də separatçı lider qaça bilib. Hazırda FSB bu işlə bağlı yeddi nəfəri saxlayaraq həbs edib.
Rusiya FSB xəbər verir ki, Ukraynalı "muzdlular" Rusiya Federasiyasında bir sıra cinayətlər və insan qaçırmaq planlaşdırıblar. Rusiya təhlükəsizlik işçiləri iddia edib ki, Ukrayna xüsusi xidmət orqanları həmin qrupu cəlb edərək qaçırma və qətllər hazırlayıblar.
Alpər