Federal Təhqiqat Bürosunun (FTB) direktoru Kristofer Rey bildirib ki, yeni seçilmiş ABŞ prezidenti Donald Trampın idarədə "dəyişikliklər etmək niyyətində" olduğunu əsas götürərək istefa verir.
Qaynarinfo xəbər verir ki, bu barədə Rey CBS telekanalına
müsahibəsində deyib.
Jurnalistlərə müsahibəsində o, FTB-dən istefa qərarının "həyatında qəbul etdiyi ən çətin qərarlardan biri" olduğunu vurğulayıb.
"Amma yeni seçilmiş prezident aydın şəkildə bəyan edib ki, o, dəyişikliklər etmək niyyətindədir və qanuna əsasən, bunu hər hansı səbəblə və ya heç bir səbəb olmadan edə bilər", deyə Rey qeyd edib.
O, istefanın büroda siyasi mübarizənin qarşısını almağa kömək edəcəyini vurğulayıb.
"Mən belə nəticəyə gəldim ki, FTB üçün ən yaxşısı bu prosesi təşkilatlanmış şəkildə həyata keçirməkdir ki, büro daha dərin mübarizəyə cəlb olunmasın", deyə o əlavə edib.
Rey həmçinin Trampın yeni namizədlərə dair qərarına təsir etməyəcəyini qeyd edib.
"Bizim fəaliyyətimiz faktlar və qanunlarla müəyyən edilir, siyasət və ya partiya maraqları ilə deyil", deyə Rey sözlərini tamamlayıb.
Xatırladaq ki, 11 dekabr 2024-cü ildə Kristofer Rey Co Baydenin hazırkı administrasiyasının fəaliyyət müddətinin sonunda istefa verəcəyini elan edib.
Bundan əvvəl Donald Tramp özü Reyi vəzifədən azad etmək niyyətini bildirmiş və iyul ayında ona qarşı sui-qəsdin araşdırılması ilə bağlı FTB-nin fəaliyyətindən narazılığını ifadə etmişdi.
Məlum olduğu kimi, ABŞ-ın yeni seçilmiş prezidenti Federal Təhqiqat Bürosunun yeni rəhbərini artıq seçib – bu vəzifəni Respublikaçılar Partiyasından olan keçmiş Konqres üzvü Keş Patel icra edəcək.
Keş Patel federal agentliyi açıq şəkildə tənqid edib, orada "geniş miqyaslı islahatlar" aparacağını və Tramp üçün ədalətin bərpasına nail olacağını bəyan edib.
Alpər
Şərhlər