Xəbər lenti

FTB tarixində ən böyük partlayıcı anbarı tapdı
Dünya 18:33 01.01.2025

FTB tarixində ən böyük partlayıcı anbarı tapdı

Virciniya ştatında bir nəfərin həbsi zamanı Federal Tədqiqat Bürosunun (FTB) əməkdaşları büronun tarixində ən böyük partlayıcı anbarı aşkar ediblər. Anbarda 150-dən çox istifadəyə hazır əldəqayırma partlayıcı qurğu tapılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə CBS məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

"FTB ərazidə 150-dən çox partlayıcı qurğu aşkar edib. İlkin hesablamalara görə, bu, tarixdə hazır partlayıcı qurğuların ən böyük müsadirəsi olub", deyə prokuror məhkəməyə müraciətində bildirib.

Həbs edilən Bred Spafford adlı şəxs əvvəlcə qeyri-qanuni qısa lüləli tüfəng saxladığı üçün saxlanılıb və sonra onun Uayt adasındakı fermasında axtarış aparılıb.

Təxminən səkkiz hektar əraziyə baxış nəticəsində FTB əməliyyatçıları rekord sayda hazır partlayıcı maddə aşkar ediblər.

Bred Spafforda qarşı iş bir il əvvəl qonşusu bir fermerin evində partlayıcı maddələrin olması barədə məlumat verdikdən sonra açılıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->