Xəbər lenti

FTB
Foto 16:32 25.03.2025

FTB "Tesla"ya qarşı hücumları araşdırmaq üçün xüsusi qrup yaratdı (FOTO)

ABŞ-ın Federal Təhqiqat Bürosu (FBI) "Tesla" elektromobillərinin və onların enerji doldurma stansiyalarının qəsdən yandırılması hallarını araşdırmaq üçün 10 nəfərdən ibarət xüsusi qrup yaradıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

Bu əməliyyat qrupuna alkoqol, tütün, odlu silahlar və partlayıcı maddələr üzrə büro (ATF) agentləri və FTB-nin terrorizmlə mübarizə bölməsinin əməkdaşları daxil edilib. Büro bu hücumları "daxili terrorizm" kimi təsnif edir.

ATF həmçinin öz əməkdaşlarını Texas ştatının San-Antonio şəhərindəki FTB bölməsinə ezam edib. Çünki burada "Molotov kokteyli" ilə bir neçə hücum həyata keçirilib.

ABŞ prezidenti Donald Tramp ölkə boyu "Tesla"nın yandırılması hallarına qarşı sərt tədbirlər görüləcəyini vəd edərək, günahkarları 20 ilə qədər həbs cəzası gözlədiyini bildirib. "Tesla" avtomobilləri və enerji doldurma məntəqələrinə hücumlarla əlaqədar üç nəfər artıq həbs edilib.

ABŞ-ın baş prokuroru Pem Bondi də bu hücumları "daxili terrorizm" adlandırıb və təqsirləndirilən şəxslərin ağır cəza alacağını vurğulayıb.
Büro, həmçinin, anarxist bloq və "Tesla"nı ələ keçirmə" adlı kütləvi etiraz hərəkatını araşdırır. 29 mart tarixində "Tesla" avtosalonları və enerji doldurma məntəqələrinin yaxınlığında 500 etiraz aksiyasının keçirilməsi planlaşdırılır.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->