Xəbər lenti

FTB Trampın evində axtarış apardı - Səbəb nədir?
Dünya05:02 09.08.2022

FTB Trampın evində axtarış apardı - Səbəb nədir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ-ın sabiq Prezidenti Donald Trampın Floridada yerləşən "Mar-a-Laqo” malikanəsində axtarış aparıb.  
Qaynarinfo xəbər verir ki, bu barədə Tramp özü məlumat verib.
"Bu elan edilməmiş axtarış üçün heç bir zərurət yox idi”, deyə keçmiş prezident bildirib.
Bununla belə, Tramp axtarışın hansə səbəblə keçirildiyi barədə məlumat verməyib.
Trampın "Mar-a-Laqo” malikanəsi
FTB də sabiq prezidentin evində axtarışla bağlı şərh verməyib. Lakin axtarışın bəzi detalları məlum olub. Bir müddət əvvəl ABŞ-ın Milli Arxivi Trampın vəzifədən gedərkən özü ilə apardığı 15 qutu sənədi geri verməyi tələb etmişdi. Bunların arasında tam məxfi sənədlər, xəritə və Şimali Koreyaya dair qovluqlar yer alırdı.
1978-ci ildə qəbulı edilmiş qanuna görə, prezidentin səlahiyyət müddəti başa çatdıqda bütün sənədləri saxlanmaq üçün arxivə verməlidir. Milli Arxiv Trampın sənədləri götürməsi faktına görə məhkəməyə müraciət edib.