Xəbər lenti

FTB yanlışlıqla 11 Sentyabr şübhəlisinin adını açıqladı
Dünya10:20 13.05.2020

FTB yanlışlıqla 11 Sentyabr şübhəlisinin adını açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) 11 sentyabr 2001-ci il tarixdə Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinə təşkil olunan terror hücumunda terrorçulara kömək etməkdə şübhəli bilinən səudiyyəli hökumət rəsmisinin adını "yanlışlıqla" açıqlayıb.
Qaynarinfo Yahoo News-a istinadən xəbər verir ki, adı açıqlanan şəxs 1999-2000-ci illərdə Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyində çalışmış Mussaed Əhməd əl-Cərrahdır. Onun adı hadisə qurbanlarının ailələrinin açdığı cinayət işlərinin birində hallanıb və qurum silməyi unutduğu üçün ən böyük sirlərdən biri ifşa olub.
FTB-nin yüksək vəzifəli bir məmuru tərəfindən qələmə alınan və bu həftə ictimaiyyətə açıqlanan sənəddə əl-Cərrahın 11 Sentyabr hadisələrində Əl-Qaidə üzvü olan iki nəfərə yardım etdiyinə dair ciddi şübhələr olduğu qeyd olunub. Sənəddə həmçinin onun hazırda harda olduğuna dair məlumat olmadığı bildirilib.
11 Sentyabr Hücumu Qurbanları sözçüsü Brett İqlson isə bunun hadisəni araşdıran FTB agentlərinin terrorçularla Səudiyyə Ərəbistanı səfirliyi arasındakı əlaqələri ört-basdır etdiyinə dair ciddi bir dəlil olduğunu deyib. 
Xəbərin yayılmasından sonra FTB sözügedən sənədi qovluqdan çıxarıb və yanlışlıqla qoyulduğunu açıqlayıb.
Camal