Xəbər lenti

Futbol komandasını xilasetmə tədbirləri başladı
Dünya07:35 08.07.2018

Futbol komandasını xilasetmə tədbirləri başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Taylandda mağarada itkin düşmüş və 9 gün sonra tapılmış futbol komandasını xilasetmə əməliyyatı start götürüb.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, 11-16 yaşlı 12 yeniyetmə və 25 yaşlı bir məşqçidən ibarət qrup hazırda "Tham Luang" mağarasındadır. Xilasetmə əməliyyatında 18 dalğıc iştirak edir. İlk yeniyetməni ən yaxşı halda 11 saat sonra mağaradan çıxartmaq mümkün olacaq. Xilasetmə prosesinin 2-4 gün davam edəcəyi təxmin edilir.
Qeyd edək ki, futbol komandası iyunun sonlarında gəzinti üçün mağaraya daxil olub, lakin güclü yağış səbəbilə yaranan sel suları mağaranı basıb və onların ərazidən çıxa bilməməsinə səbəb olub. Təcrübəli dalğıcların belə bir neçə saatda keçə bildiyi sel sularından uşaqların xilası ciddi təhlükə hesab edilir. Ötən günlərdə xilasetmə qrupunda yer alan dalğıclardan biri dünyasını dəyişib. 
Qrupun mağaradan çıxarılmasının 4 ay çəkə biləcəyi belə ehtimallar arasında idi.
Gülşən