"Miss Brazil 2018" seçilən Qleysi Korreya badamcıq əməliyyatından sonra ağırlaşmalardan dünyasını dəyişib. Gözəllik müsabiqəsinin qalibinə tonzillit diaqnozu qoyulub.
Qaynarinfo bu barədə G1 portalına istinadən xəbər
verir.
"Keçmiş Miss Qleysi Korreya ürək dayanmasından və qanaxma nəticəsində beyində oksigen çatışmazlığından öldü", - məhkəmə-tibbi sənədlərdə bu cür məlumat verilib.
Qeyd olunur ki, ölümün səbəbi əməliyyatdan sonrakı ağırlaşmalarla bağlıdır. Əməliyyatdan 5 gün sonra qızda güclü qanaxma başlayıb və ürəyi dayanıb. Onun yaxınları həkimləri və xəstəxana işçilərini səhlənkarlıqda günahlandırır. Bu haqda polisə ifadə göndərilib.
Alpər