Xəbər lenti

G7 dekabrın 5-dən Rusiya neftinə qiymət limiti qoymağı planlaşdırır - FT
Dünya12:19 02.09.2022

G7 dekabrın 5-dən Rusiya neftinə qiymət limiti qoymağı planlaşdırır - FT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2G7 ölkələri Rusiyadan gələn neftə dekabrın 5-dən, Rusiya neft məhsullarına isə 2023-cü il fevralın 5-dən qiymət limiti tətbiq etmək niyyətindədirlər.
Bu barədə Qaynarinfo "Financial Times”a istinadən xəbər verir.
G7 ölkələrinin maliyyə nazirləri cümə günü Rusiya neftinin qiymətinə məhdudiyyətlərin qoyulmasını dəstəkləyəcəklər.
Qeyd olunur ki, G7 ölkələrinin qəbul etmək niyyətində olduğu Rusiya neftinin qiymət həddi Aİ embarqosunun şərtlərinə uyğun olaraq fəaliyyət göstərəcək: dekabrın 5-dən neftə, fevralın 5-dən isə neft məhsulları üçün qiymət limitinin tətbiqi planlaşdırılır. 
"Bloomberg”in məlumatına görə, ABŞ və müttəfiqləri Rusiya neftinin maksimal qiymətini 40-60 dollar/barel səviyyəsində müəyyən etməyi planlaşdırır.
Nizani Bağırov