Xəbər lenti

G7 Rusiyanı çəkindirə biləcəkmi? - Politoloq
Dünya12:08 12.10.2022

G7 Rusiyanı çəkindirə biləcəkmi? - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, oktyabrın 11-də Ukraynada vəziyyətin gərginləşməsilə əlaqədar olaraq G7-lərin onlayn formatda təcili toplantısı keçirilib. Son günlər Rusiyanın daha da aqressivləşərək, Ukraynanın iri şəhərlərini raket atəşinə tutması və Volodimir Zelenskinin xahişilə G-7-in təcili toplanmasına rəvac verib. 
Keçirlən tədbir barədə fikiirlərini Qaynarinfo-ya bölüşən politoloq Tural İsmayılov bildirib ki, G7-in toplantısından sonra Ukraynaya yardımlar daha da genişlənəcək:
"Rusiyanın Ukrayna şəhərlərinə böyük çaplı raket hücumları Qərbi narahat edən ciddi faktorlardır. Toplantıda bütövlükdə Rusiya-Ukrayna müharibəsinin gələcəkdə törədə biləcəyi təlatümlərdən çıxış yolları müzakirə predmeti olub. G7-in dünənki toplantısında bu hücumlardan Rusiyanı çəkindirmək üçün hansı addımların atılması məsələsi müzakirə olunub. Həmçinin, burada Ukraynaya növbəti maliyyə və hərbi yardımlar məsələsi barədə danışıblar. Bu fonda yaxınlarda Ukraynaya növbəti yardım paketlərinin elan olunacağını proqnozlaşdırıram. 
Toplantının nəticələri və yekun bəyanatın imzalanması ilə bağlı elə də geniş məlumat verilməyib. Amma hesab edirəm ki, istənilən halda növbəti həftələrdə Qərbin Ukraynaya hansı yardımlar edəcəyinin şahidi ola bilərik. Hesab edirəm ki, önümüzdəki günlərdə açıqlanacaq yardım paketləri və ora nələrin daxil edildiyi məsələsi elə G7-lərin iclasında qəbul edilən qərarı özündə ehtiva edəcək”.
Rüfət Sultan