Xəbər lenti

Gədəbəy" yatağından satışa 27,719 unsiya qızıl çıxarıldı
Dünya18:19 14.07.2016

Gədəbəy" yatağından satışa 27,719 unsiya qızıl çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti "Gədəbəy" yatağında ilin I yarısında 33,837 unsiya qızıl hasil edib.

"Report" xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında qeyd olunub. İlin I yarısında yataqda qızıl hasilatı ötən ilin müvafiq dövründən 5,8% az olub. Hesabat dövründə 969 ton mis, 90,782 unsiya gümüş hasil olunub.

Şirkət bu ilin sonuna kimi ümumilikdə 73-77 min unsiya arasında qızıl, 1,700-2,100 ton mis hasil etməyi planlaşdırır. Bu ilin ikinci rübündə şirkət 15,661 unsiya qızıl satışa çıxarıb ki, 1 unsiyanın dəyəri orta hesabla 1,265 dollar olub.I rübdə isə 12,058 unsiya qızıl orta hesabla 1,184 dollar/unsiyaya satılıb.

Ümumiyyətlə, Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (PSA - Production Sharing Agreement,Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur.

Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb

Qaynarinfo.Az