Xəbər lenti

Gələcəkdə dolu daha dağıdıcı olacaq: Alimlər səbəbləri açıqıadı
Dünya 20:00 29.09.2025

Gələcəkdə dolu daha dağıdıcı olacaq: Alimlər səbəbləri açıqıadı

Dolu – qəfil, səsli və çox vaxt dağıdıcı bir hadisədir. Bir neçə dəqiqəlik güclü dolu yağışı məhsulu məhv edə, pəncərələri sındıra və avtomobillərdə, evlərdə ciddi izlər qoya bilər. Avropa bu təhlükəni yaxşı tanıyır, amma iqlim dəyişikliyi fonunda gələcəkdə vəziyyət dəyişə bilər.

Qaynarinfo xəbər verir ki, "Earth" portalının yazdığına görə, iqlimin isinməsi nəticəsində güclü dolu tufanları daha nadir baş verəcək, lakin yağan dolunun ölçüsü və ziyanı daha böyük olacaq. Dolu, güclü yuxarı hava axınlarında formalaşır. İsinmə həmin zonanı daha yuxarıya qaldırır, orada isə hava axınları zəifləyir və dənəciklər yerə düşənə qədər böyüməyə az vaxt tapır. Buna baxmayaraq, bəzi hallarda onlar yerə kifayət qədər iri ölçüdə çata bilirlər.

NyuKassel Universiteti, Böyük Britaniya Meteorologiya İdarəsi və Bristol Universitetindən alimlər "Nature Communications" jurnalında dərc olunan araşdırmada yüksək dəqiqlikli iqlim modellərindən istifadə ediblər. Nəticələrə görə, Avropanın böyük hissəsində güclü dolu tufanlarının sayı azalacaq. Ancaq baş verən hallarda dolu əvvəlkindən iri olacaq.

Proses regionlara görə fərqlənir. Britaniya adaları və Şimali Avropa risk baxımından aşağı qalacaq, Mərkəzi Avropada da azalma gözlənilir. Lakin Cənubi Avropada tropik tipli "isti tufanlar" müşahidə oluna bilər. Bu zaman donma səviyyəsi daha yuxarıda yerləşsə də, iri dolu dənəcikləri yenə də yerə çatır. İtaliya və İspaniya fermerləri belə yeni mövsümi təhlükələrlə üz-üzə qala bilərlər.

Araşdırmanın rəhbəri, NyuKassel Universitetindən doktor Abdulla Kahraman deyib:

"Əldə etdiyimiz nəticələr göstərir ki, iqlim dəyişikliyinin güclü tufanlara təsiri əvvəlki düşünüləndən daha mürəkkəbdir. Yüksək dəqiqlikli modellər əvvəlki araşdırmalardan fərqli nəticələr ortaya qoyur. Cəmiyyət daha nadir, lakin çox dağıdıcı lokal hadisələrə hazır olmalıdır".

Böyük Britaniyadan professor Lizzi Kendon isə əlavə edib:

"Bu nəticələr çox narahatedicidir. Avropada tropik tipli dolu tufanlarına hazır olmaq lazımdır, çünki iri dolu kütlələri fəlakətli dağıntılar törədə bilər".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->