Çində işləyən 14 yaşlı rus model Vlada Dzyuba çox işləməkdən ölüb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 13 saat davam edən moda nümayişinin ardından komaya düşən modelin həyatını xilas etmək mümkün olmayıb. Vladanın meningit olmasından şübhə edilib, lakin ondan moda nümayişini yekunlaşdırmaq istənilib. Dzyubaya yorğunluq və meningit diaqnozu qoyulub və ölüm səbəbi kimi bunlar göstərilib.
Rusiyanın NTV kanalına açıqlama verən modelin anası Oksana Dzyuba bildirib ki, qızım çox yorğun olduğunu və yatmaq istədiyini deyirdi, xəstəliyinin başlanğıcı olduğu üçün bunu görə bilmədik, moda nümayişi zamanı ona tez-tez zəng edir, xəstəxanaya getməli olduğunu deyirdim.
Dzyubanın ölümü bütün dünyaya ixracat həyata keçirən Çinin və bu ölkədəki moda sənayesində azyaşlıların işlədilməsi və bunun qanuniliyi məsələsini gündəmə gətirib.