Xəbər lenti

Gənc Tamaşaçılar Teatrında
Sənət 10:35 11.02.2026

Gənc Tamaşaçılar Teatrında "Evlilik" olacaq

Gənc Tamaşaçılar Teatrı yeni əsərə müraciət edib.

Teatrın aktyoru, Xalq artsiti Yasin Qarayev Qaynarinfo-ya bildirib ki, bu dəfə kollektiv məşhur rus yazıçısı N.Qoqolun "Evlənmə" pyesi əsasında "Evlilik" adlı tamaşanı səhnələşdirəcək.

Tamaşada Yasin Qarayevin özü də rol alıb:

"Tamaşada İvan Pavloviç Yaiçnitsa obrazında olacam. Əsərin iyun ayının 18-də təhvil verilməsi nəzərdə tutulub. Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadədir. İnanıram ki, Elşad Rəhimzadə bu tamaşaya fərqli rejissor baxışı gətirəcək".

"Evlilik" tamaşasında teatrın sevilən aktyorları rol alıb.

Bahar Rüstəmli

--> -->