Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimov Prezident Vladimir Putini güldürüb.
Qaynarinfo Rusiya KİV-inə istinadən xəbər verir ki, V.Putin ötən gün Orenburq regionundakı Donquz təlim ərazisinə səfər edib. Təlimdə iştirak edən hərbçilərə verilən yeməklər nümayəndə heyətinə təqdim edilən zaman V.Qerasimov lətifə danışıb:
"Komandir əsgərlərə verilən yeməkdən narazı qalır və qida şöbəsinin rəisini çağırır. O, rəisin arıq olduğunu görüb deyir: "Özün yemirsən deyə hamını ac saxlayırsan!".
Vladimir Putin və digərləri Gerasimovun lətifəsini gülüşlə qarşılayıb.
<script async="" src="https://platform.twitter.com/widgets.js" charset="utf-8">
//
Gülşən