
Çin ordusunun generalı Li Şuanqjianqın 17 yaşlı oğlu Li Tianyi və dostu qadına təcavüz etməkdə ittiham olunurlar.
Qaynar.info xəbər verir ki, fevral ayında pekindəki otellərdən birində baş vermiş hadisə ilə bağlı Li Tianyi məhkəmə qarşısına çıxacaq.
Bu, general oğlunun törətdiyi ilk cinayət deyil. Li Tianyi 15 yaşında olarkən avtomibilinə yol vermədiyi üçün başqa bir avtomobili bilərəkdən vurmuş, ətrafdakıları da söymüşdü. Həmin hadisədən sonra general oğlu 1 il azadlıqdan məhrum edilmişdi.
Qaynar.info