Xəbər lenti

General Qacarianı İran öldütdürüb? - ŞOK İDDİA
Dünya14:25 08.05.2016

General Qacarianı İran öldütdürüb? - ŞOK İDDİA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Suriyada müxalifət qüvvələrinə qarşı döyüşən təşkilatları idarə edən iranlı generalların öldürülməsi ilə bağlı yeni bir iddia ortaya atılıb.
Türkiyə mətbuatının məlumatına görə, generalların döyüş bölgəsində uğursuz əməliyyatlar həyata keçirdikləri üçün İran kəşfiyyatı tərəfindən öldürüldüyü bildirilir.
Bu generallardan ən çox diqqət çəkəni İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) komandanı Qasım Süleymaninin köməkçisi Hüseyn Həmədanidir. Onun ölümünü İŞİD hücumları ilə əlaqələndirsələr də, terror təşkilatı bunu öz üzərinə götürməyib.
Digər iki generalın - Möhsin Qacarian və Həsən Əli Şəmsabadinin Hələbdəki döyüşlər zaman öldürüldüyü iddia olunmuşdu. Lakin Suriyadan İrana göndərilən sənədlərdə onların qeyri-döyüş şəraitində öldüyü yazılıb. 
General Qacarianla birlikdə, 6-7 nəfər komandirin də eyni gündə öldürüldüyü, ancaq bu məlumatın İran ictimaiyyətindən gizlədildiyi bildirilib.  (Axar.az)
Qaynarinfo.az