Xəbər lenti

Geylərin paradında qarşıdurma: 60 nəfər saxlanıldı
Dünya05:38 21.10.2013

Geylərin paradında qarşıdurma: 60 nəfər saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Montoneqronun əsas şəhəri olan Podqoritsada keçirilən gey paradda baş verən toqquşma nəticəsində 20 polis əməkdaşı xəsarət alıb. 

AzNews.az “РИА Новости”yə istinadən xəbər verir ki, yaralı polislərdən birinin vəziyyəti olduqca ağırdır. Hüquq-mühafizə orqanlarının yaydığı açıqlamaya görə, hadisə ilə bağlı 60 nəfər saxlanılıb ki, onlardan da 20-i yetkinlik yaşına çatmayanlardır. Saxlananlardan müxtəlif soyuq silahlar götürülüb. 

Gey-paradda 100-ə yaxın cinsi azlıq nümayəndəsi iştirak edib və qarşıdurma aksiyaya qarşı çıxan çox sayda insanın parad keçirilən əraziyə gəlməsi nəticəsində baş verib. 

Asayişi bərpa etmək üçün 2 min polis əməkdaşı cəlb edilib. Gey-parad şəhər rəhbərliyi ilə razılaşdırılmış aksiya olduğundan polis iştirakçıların təhlükəsizliyi müdafiə edib. 

Qaynar.info