Xəbər lenti

Girovluqdakı polkovnik öldürüldü - Ermənistanda
Dünya14:00 17.07.2016

Girovluqdakı polkovnik öldürüldü - Ermənistanda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın Yerebun rayonunda bir qrup silahlı şəxsin polis idarəsinə hücumu zamanı girov götürülən şəxslərə atəş açılıb.
“Qafqazinfo” Gazeta.ru-ya istinadən xəbər verir ki, post-patrul xidmətinin alay rəisinin müavini, polkovnik Artur Vanoyan öldürülüb.
“Digər ağır yara alan şəxslər isə polkovnik Aram Ovannisyan, polkovnik-leytenant Qraç Hosteqyan, mayor Qaqik Mkrtçyandır. Bir neçə polis yüngül xəsarətlə qurtula bilib”-, bu açıqlamanı Ermənistanın DİN-i yayıb.
Qeyd edək ki, silahlı şəxslər mövcud hakimiyyətin istefasını, “Yeni Ermənistan” İctimai Xilas Fondunun lideri Jirayr Sefilyanın azad edilməsini tələb edirlər.
Qaynarinfo.Az