Xəbər lenti

Gözəllik kraliçasının cəsədi dənizdə tapıldı
Dünya 17:35 07.08.2025

Gözəllik kraliçasının cəsədi dənizdə tapıldı

Filippin gözəllik kraliçası Akini Arradaze Leyte adasının Takloban şəhəri yaxınlığında dənizdə ölü tapılıb.

Qaynarinfo bu barədə "MS News"a istinadən xəbər verir.

8 saylı Regional Polis İdarəsindən verilən məlumata görə, cəsədi balıqçı tapıb və səlahiyyətlilərə xəbər verib. Balıqçılıq Bürosunun əməkdaşları və yerli hüquq-mühafizə orqanları daha sonra meyiti sahilə çıxarıblar. Qadının əlləri bağlı olub və meytin üzərində orkılıq əlamətləri olub. 

Qarın və kürək nahiyyəsində fərqli döymələrlə cəsədin iyulun 31-də cinayət yerindən təxminən 46 km aralıdakı Ormok şəhərində qaçırılan 35 yaşlı keçmiş gözəllik kraliçası Akini Arradaze olduğu müəyyən edilib. Qohumları daha sonra onun şəxsiyyətini təsdiqləyiblər, bundan sonra ölümün dəqiq səbəbini müəyyən etmək üçün cəsəd ekspertizaya üçün göndərilib.

Araşdırmalardan sonra gözəllik kraliçasının üç silahlı şəxs tərəfindən qaçırıldığı müəyyən edilib. CCTV görüntülərində zərərçəkmişi üç naməlum silahlı şəxs zorla aparır, onu yolun kənarında dayanarkən qara rəngli avtomobilə mindirirlər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->