Xəbər lenti

"Google" "Taliban" əleyhinə olan keçmiş hakimiyyət orqanlarının hesablarını bağladı
Dünya05:46 04.09.2021

"Google" "Taliban" əleyhinə olan keçmiş hakimiyyət orqanlarının hesablarını bağladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Google" şirkəti Əfqanıstanın keçmiş rəhbərliyinin işçilərinin hakimiyyətə gələn taliblərə mane olmamaq üçün onların e-poçt hesablarına girişi müvəqqəti olaraq dayandırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.
Xatırladaq ki, daha əvvəl "Taliban" Pəncşir üzərində nəzarəti qurduqlarını bildirib. Türkiyənin "Yeni Şafak" qəzetinin yaydığı məlumata görə, qruplaşma artıq Əfqanıstanın tamamilə ələ keçirilməsini qeyd etməyə başlayıb. 
Qeyd edək ki, "Taliban"ın Pəncşirdəki hücumu sentyabrın 3-nə keçən gecə müqavimət cəbhəsinin lideri Əhməd Məsudla danışıqların uğursuz alınmasından sonra başlayıb.
Xəyal