Xəbər lenti

Dünya 19:34 07.08.2026

"Guardian": Kolumbiya yeni silahlı münaqişə təhlükəsi ilə üz-üzədir

Kolumbiyada hökumət qüvvələri ilə silahlı qruplaşmalar arasında toqquşmaların yenidən başlaması ehtimalı var. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Ölkənin yeni seçilmiş prezidenti Abelardo de la Esprielya sülh danışıqlarına son qoyacağını və silahlı qruplaşmalara qarşı yeni hərbi əməliyyata başlayacağını vəd edib.

Buna cavab olaraq, Milli Azadlıq Ordusu (ELN) qruplaşması "hücuma keçməyə” və "şəhərlərdə, kənd yerlərində və istənilən digər ərazilərdə hücumlar həyata keçirməyə” hazır olduğunu bəyan edib.

Avqustun 7-də Kolumbiyada Abelardo de la Esprielyanın andiçmə mərasimi keçiriləcək. O, iyun ayında keçirilən prezident seçkilərində qalib gəlib.

Yeni prezident və onun komandası dəfələrlə ölkənin ilk və indiyədək yeganə solçu prezidenti Qustavo Petronun siyasi irsini ləğv etmək niyyətində olduqlarını bildiriblər. De la Esprielya avqustun 7-ni artıq "faciəli tarix” adlandırıb.

Kolumbiyada vətəndaş müharibəsi 1964-cü ildən başlayaraq uzun illər davam edib. Bu müddətdə hökumət qüvvələri əsasən "Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri" (FARC) və ELN qruplaşmaları ilə müntəzəm silahlı toqquşmalar yaşayıb.

2016-cı ildə hökumətlə FARC arasında sülh sazişi imzalansa da, bəzi silahlı dəstələr fəaliyyətlərini davam etdirib. Bununla belə, qarşıdurmaların miqyası əhəmiyyətli dərəcədə azalıb.

Qustavo Petronun hakimiyyəti dövründə hökumət qalan silahlı qruplaşmalarla danışıqları fəallaşdırmışdı. Lakin bir çox tənqidçilər bu danışıqların nəticəsiz qaldığını və qruplaşmaların fəaliyyətini davam etdirdiyini bildirirdilər.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->