
Tanınmış xanəndə və müğənni Gülay Zeynallı özünə qoyduğu qadağalardan söz açıb.
Qaynarinfo.az xəbər verir ki, daima qalmaqallardan uzaq gəzməyə çalışan Zeynallının ailəsi ilə də gündəmə gəlməkdən xoşu gəlmir. İfaçı çox təmkinli olduğunu açıqladı:
“Bir insan özü özlüyündə fikirləşməlidir ki, mənə bu hərəkət yaraşar ya yox. İnsan özünün sahibi olmalıdır. İndiyə qədər heç bir söz-söhbətdə olmamışam. Qalmaqalla aram yoxdur.Çalışıram həmişə, əsəblərimi cilovlayım,təmkinli olum. Düzdü çox olub ki, bəzi şou nümayəndələri ilə incikliyimiz olub. Amma aramızda qalıb, sonra görüşüb barışmışıq. Xoşlamıram ailəmdən danışmağı ona görə də qaçıram ailəm haqdakı suallardan. Razıyam ki, insanlara maraqlıdır məşhurların həyatı. Ancaq bu mənim xasiyyətimdir”.
Qaynarinfo.az