Xəbər lenti

Güldüyü üçün arvadını dənizin ortasında öldürdü
Dünya09:42 30.07.2017

Güldüyü üçün arvadını dənizin ortasında öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın Alyaska əyalətində bir gəmidə ər arvadını güldüyü üçün öldürüb.

"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Kennez Manzaneres adlı 39 yaşlı kişi həyat yoldaşı Kristini öldürdükdən sora gəmidən atmağa çalışıb. Gəminin təhlükəsizlik əməkdaşlarından biri bunu görərək ona mane olub. Şahid ifadəsində onun əlində və paltarlarında qan ləkəsi gördüyünü bildirib:

"Ondan bunun səbəbini soruşanda, "mənə gülürdü, dayanmırdı. Ona görə öldürdüm" dedi".

Cinayət dənizdə törədildiyi üçün istintaq işini Federal Təhqiqat Bürosu (FTB) öz üzərinə götürüb.

Cinayətkar avqustun 10-da məhkəməyə çıxarılacaq.

Qaynarinfo.Az