Bu gün "Bakı-2015" I Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsinə start verilib. Qaynar.info xəbər verir ki, Heydər Əliyev adına İdman Arenasında baş tutacaq ilk yarış günündə 59, 71, 80 və 98 kq çəki dərəcələrində mükafatçıların adına aydınlıq gəlib. Azərbaycan millisi bütün çəkilərdə təmsil olunduğundan 4 pəhləvanımız xalçaya çıxıb.
Yığmamız günü 3 medalla başa vurub. 71 kq-da yarışan Rəsul Çunayev qızıl medala sahib çıxıb. 80 kq çəki dərəcəsində mübarizə aparan Rafiq Hüseynov finalda rusiyalı rəqibinə uduzaraq gümüş medalla kifayətlənib. 71 kq-da çıxış edən Elman Muxtarov isə bürünc medal qazanıb. O, son görüşdə erməni rəqibini 9:1 hesabı ilə yenib.
Qeyd edək ki, bundan əvvəl karate yığmamızdan Firdovsi Fərzəliyev və Rafael Ağayev qızıl, Niyazi Əliyev və İlahə Qasımova bürünc medal qazanıb.
Qaynar.info