Xəbər lenti

Güləşçimiz Avropa Oyunlarının finalında iştirak edə bilməyəcək
İdman16:00 27.06.2019

Güləşçimiz Avropa Oyunlarının finalında iştirak edə bilməyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sərbəst güləş yığmamızın üzvü Nurməhəmməd Hacıyev (-97 kq) II Avropa Oyunlarında finala çıxmayacaq.
Qaynarinfo xəbər verir ki, dünən keçirdiyi bütün görüşlərdə qələbə qazanaraq Avropa Oyunlarının finalına vəsiqə qazanmış dağıstanlı legionerimiz yarımfinalda dizindən zədə alıb.
Onun aldığı zədə bu gün özünü daha şiddətli büruzə verib. Həkimlərin tövsiyəsinə əsasən, Hacıyev bu gün Abdulrəşid Sadullayevlə (Rusiya) final qarşılaşmasına çıxmayacaq.
Qeyd edək ki, bu Azərbaycanın beşinci gümüş medalıdır. Azərbaycan bir qızıl, beş gümüş və doqquz bürünc medalla 17-ci pilləyə qalxıb. (oxu.az)