
Dostları ilə əylənərkən gülüşünü saxlayan bilməyən amerikalı müəllimə dünyasını dəyişib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 15 yaşlı qızı və yaxınları ilə tətildə olan qadın gülərkən müvazinətini itirib və balkondan düşərək ölüb.
Bədəninin müxtəlif yerləri və beyni zədələnən qadın xəstəxanada dünyasını dəyişib. Siferno adlı qadının ölümü barədə danışan qardaşı bildirib ki, hadisənin baş verməsinə içki və ya kənar təsir səbəb olmayıb.
28 ildir müəlliməlik edən Sifernonun orqanları beş ayrı şəxsə bağışlanıb.
Gülşən
Qaynarinfo.Az