Xəbər lenti

Gümrüdəki rus bazasının taleyi necə olacaq? (ŞƏRH)
Siyasət 19:52 12.03.2025

Gümrüdəki rus bazasının taleyi necə olacaq? (ŞƏRH)

"Ermənistan siyasi, iqtisadi, ticari və digər sahələr üzrə təhlükəsizliyini təmin etmədən, ciddi təminatlar olmadan Gümrüdəki rus qoşunlarının vaxtından əvvəl çıxarılması baş verməyəcək".
 
Bunu Qaynarinfo-ya açıqlamasında bunu politoloq Natiq Miri İrəvanın Gümrükədi Rusiya hərbi bazasını vaxtından əvvəl bağlaması ehtimalından danışarkən deyib. 

Həmsöhbətimiz qeyd edir ki, Gümrüdəki rus hərbi bazasının vaxtından əvvəl çıxması üçün bütün şərtlər yerində olmalıdır:

"İlk növbədə Ermənistan hökuməti, ordusu, bütövlükdə cəmiyyət dayanıqlı olmalıdır. Digər tərəfdən, buna nail olmaq üçün Ermənistan  iqtisadiyyatının dayanıqlı olması da vacibdir. İrəvan öz ticarəti üçün Rusiya və Avrasiya  bazarından kənarda yeni bazarlar təmin etməli və ona ciddi təminatlar olmalıdır. Paralel olaraq həmiin bazarlara çıxış üçün konkret Avropa standartlı məhsul istehsalına da ehtiyac var. Eyni zamanda, Ermənistanın təhlükəsizliyinə  təminat verəcək qlobal güclər olmalıdır. İndilikdə heç bir ölkə, nə Fransa, nə ABŞ belə bir təhlükəsizlik təminatını üzərinə götürmür".
 


Bu baxımdan da ekspertə görə, Gümrüdəki rus qoşunlarının çıxarılması məsələsindən ən azından 2026-cı il parlament seçkilərinə qədər danışmaq mümkünsüzdür:

"Parlament seçkisilə Paşinyan yenidən təkbaşına hökumət qura bilsə, bundan sonrakı hakimiyyət dövründə qeyd etdiyim bütün şərtləri yerinə yetirsə, növbəti addımlardan biri əlbəttə ki, Gümrüdəki hərbi bazanın çıxarılması ola bilər. Yəni bu olmayacaq bir məsələ deyil.  Ancaq qısa müddətdə olacaq məsələ də deyil. Bu, ciddi addımdır. Konkret müqaviləyə  dayanır. Bu baxımdan, ciddi təminatlar olmadan İrəvan belə bir addıma getməyəcək".

Qeyd edək ki, Ermənistan artıq Rusiyadan uzaqlaşmaq kursu götürüb. İrəvan KTMT-nin  tədbirlərinə qatılmır, bundan başqa İranla sərhəddəki rus sərhədçiləri də çıxarılıb. Paşinyanın bu fonda Gümrüdəki rus hərbi  bazasından yaxa qurtaqmağa çalışdığı da hiss olunur. Ancaq o da var ki, müqaviləyə görə  həmin hərbi baza 2044-cü ilə qədər fəaliyyət göstərə bilər. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->