
Tanınmış estrada müğənnisi Günay İbrahimli bu dəqiqələrdə şəhər klinikalarının birində cərrah masasındadır. İfaçının burnuna estetik müdaxilə olunur.
Əməliyyatdan öncə primetime.az-a danışan müğənni, bu addımı yaxınlarının təkidi ilə atdığını deyir: "Heç vaxt burnuma görə kompleks yaşamamışam. Simamda yalnız sızanaqlardan narazı idim. Onu da yaxşı kosmetoloq vasitəsi ilə yoluna qoydum. "Günay, burnunu kəsdir" deyənlər olduğu kimi, "Dəymə, burnun sənin həm də özəlliyindir" deyənlər də az deyildi.
Heç vaxt əməliyyat olunacağımı düşünmürdüm. Amma yaxınlarımın istəyi ilə ani qərar verdim. Həm də son zamanlar Abdul Əli həkimin əl işlərini çox bəyənirdim".
Qaynar.info