
Uzun müddət Türkiyədə fəaliyyət göstərən model Günay Musayevanın keçmiş həyat yoldaşı aktyor Tolqa Karelin toyu olub.
Qaynarinfo.az xəbər verir ki,Tolqa amerikalı sevgilisi Sarah Scottla Dominikan Respublikasında evlənib. Aktyoru toyunda yaxın dostları tək buraxmayıb.
Karel Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva ilə 2011-ci ildə ailə həyatı qursa da, cütlük 2014-cü ildə boşanıb. Onların Cahangir Can adında bir oğlu var.Toydan fotoları təqdim edirik.
Qaynarinfo.az


