
Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva ötən gün "Mercedes Benz Fashion Week İstanbul"a qatılıb.
Qaynar.info axşam.az-a istinadən xəbər verir ki, model podiuma çıxaraq "Affair-Runway" brendinin geyimlərini nümayiş etdirib.
G.Musayeva bu dəfə defiledə gəlinlik libası geyinib. Modeli izləyənlər arasında aparıcı Afaq Gəncəli, aktrisa Könül Nağıyeva da olub.
Qaynar.info




