Gənc yazıçı Günel Natiqin "Ədəbi talelər” kitabı çapdan çıxıb.
Bu haqda Qaynarinfo-ya müəllif özü məlumat verib. Kitab "Qanun” nəşriyyatında
işıq üzü görüb və "Ədəbi talelər” kitabı Günel Natiqin oxucularla üçüncü görüşüdür.
Kitabda müəllifin dünya yazarlarının həyatı və
yaradıcılığı barədə araşdırma yazıları toplanıb. Yaponiyadan tutmuş Türkiyəyə, Rusiyadan tutmuş Avropa
ölkələrinə, Afrikadan tutmuş Amerikaya qədər uzanan bu araşdırmalar oxucuları həm
də, haqqında söhbət açdığı yazıçıların yaşadığı dövrlərə, mühitlərə, şəhərlərə
və kəndlərə aparır.
Bu səyahət boyu yorulub bezmək mümkün deyil, çünki Günel Natiqin şirin
təhkiyəsi oxucunu yalnız buraxmır.
Şərhlər